Sevgilisinə qaçdı deyə qızını diri-diri yandırdı - FOTO

Pakistanda qızı istədiyi oğlanla qaçdığına görə anası və qardaşı diri-diri yandırıb.

sabahinfo.az-ın məlumatına görə, 18 yaşlı qız qohumlarının narazılığına baxmayaraq, istədiyi şəxsə qoşulub qaçıb. Onlar bu ilin mayın 29-da rəsmi nikaha da giriblər. Lakin qızın qohumlarının ona qarşı hirsi hələ də soyumayıb.

Ana və qardaşı qızı evə gətirərək onu yatağa bağlayıblar və üzərinə neft tökərək yandırıblar.

Hadisədən dərhal sonra Pakistan hüquq mühafizə orqanları cinayətkarları tutub. Onlar törətdikləri hadisəni boyunlarına alıblar və bunu nəyə görə etdiklərini açıqlayıblar.

Mərhumun həyat yoldaşının sözlərinə görə, sonuncu dəfə qızın anası onlara gələndə qız onunla getmək istəməyib və həyat yoldaşın yalvarıb ki, onu anası ilə getməyə qoymasın. /anspress/

Sevgilisinə qaçdı deyə qızını diri-diri yandırdı - FOTO