Soros: - "Avropa Birliyi parçalanacaq"

Avropa Birliyinin parçalanması qaçılmazdır.

sabahinfo.az azadliq.org-a istinadən bildirir ki, bunu amerikalı milyarder George Soros İngiltərənin Avropa Birliyindən çıxmasına münasibət bildirərkən deyib.

Hələ referendumdan əvvəl Soros The Guardian qəzetinə yazdığı məqalədə bildirmişdi ki, əgər Avropa Birliyindən ayrılarsa, bu, İngiltərə iqtisadiyyatı üçün böyük zərbə olacaq, milli valyutası isə 15-20 faiz dəyərdən düşəcək.

Referendumdan sonrakı məqaləsində isə George Soros yazıb ki, "çoxunun qorxduğu fəlakət ssenarisi baş verdi. Avropa Birliyinin parçalanması bundan sonra qaçılmaz olacaq"