Suriya Krımı Rusiyanın ərazisi kimi TANIDI

Suriya Krımı Rusiyanın ayrılmaz hissəsi kimi tanıyır. sabahinfo.az saytının xəbərinə görə, bu haqda "Sputnik”ə açıqlamasında Suriya parlamentinin sədri Hədiyyə Abbas bildirib.

"Krım əvvəllər Sovet İttifaqının tərkibində idi. Krım referendum vasitəsi ilə yenidən öz sahibinə geri qayıtdı. Bu, yarımada sakinlərinin maraqlarını əks etdirirdi. Onlar nəhayətdə öz ölkələrinə birləşmək haqqında qərar qəbul etdilər”,-deyə o qeyd edib.  

 

Onun sözlərinə görə, Rusiya ilə Suriya arasındakı münasibətlər strateji xarakterlidir.

 

Qeyd edək ki, 2014-cü ilin martında Rusiya Krımı ilhaq edib. Bundan sonra Krımda referendum keçirilib. Lakin beynəlxalq təşkilatlar bu referendumun nəticələrini tanımayıb və Rusiyanı işğalçılıqda ittiham edib.