Tramp Arizona və Florida ştatlarında Klintonu qabaqlayır

Donald Tramp ABŞ-ın 2 cənub ştatında öz rəqibi Hillari Klintonu qabaqlayır.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, Monmut universitetinin keçirdiyi sorğuya əsasən respondentlərin 46 faizi Trampı dəstəkləyir, 45 faizı isə Klintonu.

Blumberq agentliyinin keçirdiyi sorğuya əsasən, sorğuda iştirak edənlərin 45 faizi Trampı, 43 faizı isə Klintonu dəstəkləyir.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-i keçiriləcək. Hələlik, sorğuların əksəriyyətinə görə, Klinton Trampı qabaqlayır.