Türkiyə ilə Almaniya arasında diplomatik qalmaqal

Türkiyə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən hərbçilərə Almaniya tərəfindən qaçqın statusunun verilməsini ikitərəfli münasibətlərə zərbə olaraq hesab edir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Biz bu qərara görə təəssüflənirik. Həmin hərbçilərin FETO ilə bağlılığına dair inkaredilməz faktlar var. Almaniyanın bu addımı ölkələrimiz arasında çoxplanlı münasibətlərə zərbədir və tərəfdaşlıq ruhuna uyun deyil”, - deyə bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Türkiyə Almaniyanın öz qərarını yenidən nəzərdən keçirəcəyini gözləyir və FETÖ də daxil olmaqla terror təşkilatları ilə mübarizədə öz köməkliyini göstərəcək.

azvision.az