Türkiyə ilə müzakirələr dayandırılsın - Almaniya

Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyü ilə bağlı aparılan müzakirələr dayandırılmalıdır.

 

sabahinfo.az xəbər verir ki, bu sözləri Almaniyanın Xristian Demokrat Birlik Partiyasının sədri Andreas Şever deyib.

 

"Provakasiyalar getdikcə artır. Bu səbəbdən Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələr dayandırılmaldır”, - Şever bildirib.

 

Qeyd edək ki, qondarma "erməni soyqırımı” ilə bağlı qətnamənin Almaniya Bundestaqında qəbulundan sonra alman siyasətçilərin Türkiyə əleyhinə çıxışları kəskin artıb.