Türkiyə və Rusiya arasında ticarət məhdudiyyətləri aradan qaldırıldı

Türkiyə və Rusiya arasında ticarət məhdudiyyətləri aradan qaldırılıb.

Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşdən sonra mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gəlib. Görüşün əsas mövzusu Suriya böhranı və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi olub.

Trend