Bu fəaliyyət üçün 3 min manat dövlət rüsumu müəyyənləşir

Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətlərə lisenziya verilməsinə görə dövlət rüsumları müəyyənləşir.

Sabahinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyətin aşağıdakı növlərinə görə dövlət rüsumu tutulacaq:

Ödəniş təşkilatı fəaliyyəti - 2000 manat

Elektron pul təşkilatı fəaliyyəti - 3000 manat

Ödəniş sistemi operatoru fəaliyyəti - 2500 manat.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.