Bu həftə deputatların tətili başa çatır

Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

Sabahinfo.az xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək.

Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. 

Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.