Bu məsələ rus xalqını narahat etməlidir-POLİTOLOQ

"Rusiyada erməni əsilli "politoloq" və "jurnalist"lərin sayının çox olması, təkcə kilsə, diaspor və bu kimi təsisatların planlı və məqsədyönlü fəaliyyəti ilə bağlı deyil. Zənnimcə, Rusiyanın media sektorunda ermənilərin kök salmasının əsas səbəbi onların başqalarının dilə gətirməyə utandıqlarını rahatlıqla və ucadan bağırmaq "bacarıq"larıdir. Ermənilər heç bir arqument gətirmədən, heç bir fakta istinad etmədən, təkrarsız bir vicdansızlıqla, misli görünməmiş bir həyasızlıqla, həm də miqyasından asılı olmayaraq, istənilən qarayaxma kampaniyasında təkrar istifadəyə yararlı olduqlarını nümayiş etdirə bilirlər". SABAHİNFO.AZ xəbər verir ki. bunu politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mövcud vəziyyət dünyanın ən alçaq yalançılarının ümidinə qalan Rusiya "ideoloq"larını və təbii ki, rus xalqını narahat etməlidir: "Tarkovskiləri şaxnazaryanlarla, Listyevləri simonyanlarla, Nevzorovları qasparyanlarla əvəz olunan rus xalqı haradan haraya gəldiyinin fərqinə vara bilsə, həm özünə həm də bəşəriyyətə böyük xidmət göstərmiş olar".