Bu ölkədə məktəblərdə niqab qadağan edildi

Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin Təhsil Nazirliyi  “təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir” deyə bildirib. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır.

Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır. Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.