"Buna görə Azərbaycan məsuliyyət daşıyır" - Mişeldən AÇIQLAMA

“Ermənistanla Azərbaycan arasında sülh üçün hər iki tərəfin öhdəliklərini müəyyən edəcək danışıqlar lazımdır”.

Sabahinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində deyib.

O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Mişel əlavə edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır.