"Burada şübhəli məqam axtarmaq düşmənçilikdir" - Komitə sədri

“Konstitusiyamızın 1 və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. İş burasındadır ki, indiyə qədər Prezident seçkilərində Qarabağ və bitişik rayonlar həmişə işğalda olub. Deməli bizim ərazi bütövlüyümüz və suverenliyimiz təsbit olunmayıb".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O bildirib ki, 1995-ci ildə ilk konstitusiyamız qəbul ediləndə də belə idi:

"Düzdür, de-yure o ərazilər bizim idi. Amma indi ərazi bütövlüyümüz bərpa olunub. Cənab Prezident xalqa müraciət edərək bildirir ki, sizin haqqınızdır öz suveren hüququnuzdan istifadə edərək Prezidenti seçəsiniz və bütün ərazilərimizdə həm de-yure, həm də de-fakto hakimiyyət bərpa olunsun. Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə, Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır. Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”.