Vaksin sentyabr ayında istifadəyə hazır ola bilər

Covid 19-a qarşı dərman sentyabr ayında hazır ola bilər. ABŞ-ın nəhəng dərman şirkəti Eli Lilly bildirib ki, test mərhələsində olan iki antikorun öyrənilməsində bir problem olmazsa, Covid-19-a qarşı hazırladıqları dərman sentyabr ayında istifadəyə hazır ola bilər.

Şirkətin baş elmi işçisi Daniel Skovronsky Reuters-ə açıqlamasında deyib ki, qarşıdakı həftələrdə insanların üzərində klinik təcrübələrə başlanıla biləcək üçüncü antikor üzərində də işləyirlər.

Şirkət iki eksperimental müalicəsində insanların üzərində təcrübələrə başlamışdı.