Xalidə Bayramovanın azad edildiyi vəzifəyə kimin təyin olunduğu bilindi

Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasında kadr dəyişikliyilə bağlı məlumat təsdiqlənib.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundanverilən məlumata görə, komissiyanın sədri Xalidə Bayramova vəzifəsindən azad olunub. Onun yerinə Hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyinat alıb.

Qeyd edək ki, X.Bayramova hazırda Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsini icra edirdi.

Onun vəzifədən uzaqlaşdırılmasının 162 saylı orta məktədə oxumuş Elina Hacıyevanın intiharı ilə bağlılığı olduğu iddia edilir.(modern.az)