Xorvatiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xorvatiya prezidenti  Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycana rəsmi səfərə gəlib.

sabahinfo.Az-ın məlumatına görə,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında  baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müaviniNadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.