Yavər Camalov Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Sabahinfo.az  Trend-ə istinadən bildirir ki, nazir Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir T.Şaraşenidze səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Giorgi Kvirikaşvili də iştirak edib.