Yıldırım Moldovaya səfərə gedir

Türkiyənin baş naziri Binəli Yıldırım mayın 5-də Moldovaya iki günlük rəsmi səfərə gedəcək. Trend-in məlumatına görə, bu səfər Yıldırımın moldovalı həmkarı Pavl Filipin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə ikitərəfli münasibətlərin inkişaf pespektivləri danışıqların əsas mövzusu olacaq.

Səfər zamanı Yıldırımın Molodva prezidenti İqor Dodon, palament spikeri Andrian Kandu ilə görüşü də planlaşdırılıb.

Türkiyəli baş nazir həmçinin həmin tarixdə keçiriləcək Türkiyə-Moldova biznes-forumunda da iştirak edəcək.