Zeynəb Xanlarova deputatlardan xahiş etdi: "Gəlin, etiraz məktubu yazaq"

"Ömrüm boyu türk olduğumu demişəm. Həmişə konsertlərimdə söyləmişəm ki, türkün qolu bükülməz. Türkün gücünü görən AŞPA belə qərəzli hərəkətlər edir.”Bunu Milli Məclisdə çıxışı zamanı Xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı atılan qərəzli addımlar Azərbaycan xalqını qəzəbləndirir: "Türkiyəyə qarşı olan qərəz bir gün də bizə qarşı olacaq. Biz özümüzü Türkiyədən ayıra bilmərik. Bizim ağrılı məsələmiz olanda ilk olaraq Türkiyə yanımızda olub. Xahiş edirəm, parlament adından AŞPA-ya etiraz məktubu yazaq”.

Azvision.az