“Çelsi” Neymarın transferi üçün PSJ ilə danışıqlar aparır

PSJ-nin braziliyalı hücumçusu Neymar London “Çelsi”sinə keçə bilər.

Məlumata görə, “Çelsi”nin sahibi Todd Bouli Fransa klubunun sahibi Nasser əl-Xəlaifi ilə naharda görüşüb. Onlar, xüsusilə, braziliyalı superulduzun “zadəganlar”a qoşulma ehtimalını müzakirə ediblər.

Bildirilir ki, “Çelsi” bu transferdə maraqlıdır və Neymar üçün parislilərə 60 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm 31 yaşlı Neymar oynadığı 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə edib.