"Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsinin ilk tədbiri baş tutdu

28.09.2022- ci il tarixdə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsinin Samuxda açılış tədbiri baş tutdu. 

 

Tədbir Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb- liseydə 13+ yaş qrupu məktəbli qızların, valideyn komitəsinin, məktəb psixoloqları və müəllimlərin iştirakı ilə keçirildi.

 

Layihənin rəhbəri Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova öz çıxışında layihənin məqsəd və vəzifələri,mövzunun aktuallıgı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.

 

Tədbir zamanı məktəbli qızlarla mövzu ətrafında fokus qrup müzakirəsi və ilkin qiymətləndirmə aparılması üçün yazılı anonim sorgu aparıldı.

 

Növbəti tədbir Samux rayonunun Ziyadlı, Alıuşagı, Gürcüstanla həmsərhəd kənd olan Kəsəmən, Poylu kəndləri, Gəncə şəhərinin Məhsəti və Natəvan qəsəbələrində yerləşən məktəblərdə keçiriləcək.Anonim sorguların keçirilməsində məqsəd vəziyyəti təhlil edərək erkən nikah qurbanına çevrilə biləcək məktəbli qizların risk qrupuna aid olmalarını müəyyənləşdirmək, təlimlərə cəlb etmək və valideyn görüşlərini təşkil etməkdən ibarətdir.