"Cənab Prezident, Qarabağın azadlığı xoşbəxtliyini Siz bizə yaşatdınız"

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə təbrik edir, Uca Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Möhtərəm prezident, Vətənimizin ərazi bütövlüyü uğrunda yorulmadan göstərdiyiniz fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayır, vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Doğma Qarabağımızı millətimizə bəxş etdiyinizə, dədə-baba torpaqlarımızı öz həqiqi sahiblərinə qaytardığınız üçün Sizə sonsuz minnətdarıq.

Cənab Prezident, Qarabağın azadlığı xoşbəxtliyini Siz bizə yaşatdınız.

Qədirbilən xalqımız hər zaman sizin ətrafınızda sıx birləşib. Sizin yürütdüyünüz siyasəti dəstəkləyir və sizə sonsuz sevgi hissi duyurlar. Cənab Prezident Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayır, dövlətimizin var olması naminə möhkəm cansağlığı diləyirik!

Tanrı Sizi qorusun!

Hörmətlə,

Müşfiq Məmmədli

Milli Məclisin deputatı