Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Sabahinfo.az xəbər verir ki, nazir deyib ki, Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir.

“Bu ağır günlərdə Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı üzərində qurulmuş həmrəylik nümayiş etdiririk”, - o əlavə edib.