Ceyhun Bayramov və Çavuşoğlu arasında görüş başa çatdı - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş başa çatıb.

Sabahinfo.az xəbər verir ki, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.

***12:33

Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.

Qeyd edək ki, nazirlərin regional məsələləri, həmçinin Ukrayna ətrafındakı durumu müzakirə edəcəkləri gözlənilir.