Martın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə iki nəfər Qarabağdan Ermənistana aparılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, onlar ər-arvaddır: Samvel Qalstyan və Marqarita Şahnazaryan.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, həmin şəxslər Ermənistana öz istəkləri ilə köçürülüblər.