Daha 6 qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə təklif olunan 6 məsələyə ikinci oxunuşda baxılıb.

Sabahinfo.az xəbər verir ki, qanunlara dəyişiklik layihələri ayrı-ayrılıqda səsverməyə çıxarılıb.

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi əsas kimi qəbul edilib.