Daşkənddə Zəfər Günü ilə bağlı tədbir

Daşkənddə Vətən Müharibəsinin Zəfər Qələbəsilə bitməsinin 2-ci ildönümü münasibətilə tədbir keçirildi. Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycandan gedən deputat işçi qrupunu həmkarlarım Eldar İbrahimov və Eldar Quliyevlə təmsil etdik. Tədbirdə çıxış edənlər Özbəkistan-Azərbaycan arasında dostluq əlaqələrini və Özbəkistanın Vətən Müharibəsi dövründə Azərbaycanı dəstəkləməsini önə çəkərək gələcəkdə də dostluq və iqtisadi-siyasi əlaqələrin davamlı olacağını qeyd etdilər. Tədbir çox yüksək səviyyədə təşkil edilmişdi. Dost ölkədə qalib tərəfin təmsilçisi olmaq hər birimizi qürurlandırdı. Bizə bu qələbəni, qalibiyyəti yaşadan Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza eşq olsun! Vətən üçün canından keçən şəhidlərə Allah rəhmət eləsin!

Məşhur Məmmədov
Milli Məclisin deputatı