Dəniz Səkinin həbs müddəti uzadıla bilər

Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş müğənni Dəniz Səkinin cəzasının müddəti uzadıla bilər.  Türkiyə mediası xəbər verir ki, sənətçi məhkəmə tərəfindən təyin olunmuş 1000 lirə (təxminən 422 manat) pul cəzasını ödəməsə, daha 50 gün artıq həbsxanada qalacaq. 
Qeyd edək ki, hazırda əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmiş D.Səki cəzası təyin olunan müddətdən indiyədək 1000 lirəni ödəməyib.