Deputat "Bakı-Ələt" sürət qatarının açılmasını təklif etdi

Hörmətli sədr deputat həmkarlarıma qoşularaq mən də Sizi xarici uğurlu səfəriniz münasibətilə təbrik edirəm. Biz tam əminik ki, parlamentiniz bundan sonra da Sizin rəhbərliyinizlə diplomatik uğurları daha da genişləndirəcək və bundan əvvəlki səfərlərin birində Sizin rəhbərlik etdiyiniz nümayəndə heyətinin tərkibində olmuşdum, onda sözün əsl mənasında gördüm ki, Siz cənab Prezidentin mövqeyi olaraq Azərbaycanın dövlətçilik və milli maraqlarını tam qətiyyətlə ifadə edirsiz. Bir daha Sizə uğurlar arzu edirəm."

Bu fikirləri Milli Məclisin bu gün-fevralın 17-də kecirilən plenar iclasında cari məsələlərlə bağlı danışarkən deputat Aydın Hüseynov səsləndirdi. O, çıxısı zamanı həmçinin qardaş Türkiyədə baş verən geniş həcmli zəlzələ nəticəsində həlak olan və yaralanan çoxminli insanların aci taleyi hər birimizi kədərləndirdiyini dilə gətirərək Türkiyədə baş verən bu hadisənin hər birimiz üçün ağrılı, üzüntulü oldugunu bildirdi.

"Hadisənin birinci saatından etibarən ölkə prezidenti cənab İlham Əliyev Türkiyəyə çox böyük dəstək göstərdi. Xilasedicilərin göndərilməsi, lazımı tədbirlərin həyata keçirilməsi, eyni zamanda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox böyük həcmli tədbirlərin və yardımların həyata keçirilməsi hər bir Azərbaycan xalqının ürəyindən oldu. Hörmətli Mehriban xanım öz sosial səhifəsində belə bir paylaşım etmişdi: "Mən bir daha fəxr etdim ki, Azərbaycanlıyam." Azərbaycan xalqı da fəxr edir ki, Azərbaycan xalqının istəyini, arzularını ifadə edən onun Prezidenti və birinci vitse-Prezidenti var."-deputat dedi.

O, qeyd etdi ki, Mehriban xanımın bu təşəbbüsünə ölkənin hər yerində olduğu kimi Qaradağ rayonunda da çox böyük dəstək verildi, qəsəbələrdə böyük yardım kompaniyaları həyata keçirildi. Xilasedicilərin cərgəsində olan gənclərdən biri Qaradağ rayonunun Ələt qəsəbəsindən idi. Mətbuatdan da məlumdur ki, orda xilas edici fəaliyyətini həyata keçirərkən yaralandığına baxmayaraq ayağından zədə alsa da o, yenidən öz işini davam etdirir. Bu isə bir daha onu göstərir ki, Sizin də bayaq qeyd etdiyiniz kimi, Azərbaycan xalqı ilə Türk xalqı birdir. Biz bir xalq, bir millətik və bundan sonra da bizim qardaşlığımız, dostluğumuz əbədi olacaqdır.

Ələtdən söhbət düşmüşkən deputat Aydın Huseynov çixısı zamanı ələtlilərin və bütövlükdə Qaradağ rayonunun əksər qəsəbələrinin "Ələt-Bakı" sürət qatarının işə düşməsi ilə bağlı xahişini diqqətə çatdırmaq istədiyini vurğuladı:

"Mən bunu Nazirlər Kabinetinin hesabatında da keçən il səsləndirmişdim; "Ələt-Bakı" sürət qatarının işə düşməsi reallaşarsa, bu əhali üçün, ölkəmiz üçün hər cəhətcə atılan önəmli addımlardan biri olar. Mən ixtisasca maliyyəçiyəm. Bunu araşdırmışam, burda elə bir böyük maliyyə itkisi yoxdur. Çünki stansiyaların dayanacaqlarının əksəriyyəti tam hazır şəkildədir. Odur ki, o qatar işə düşərsə, maliyyə baxımından kifayət qədər rentabelli olacaq.