Deputat “Fəxri qonaq” layihəsinin ilk görüşündə iştirak edib

"Göygöl Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsinin ilk görüşü keçirildi. “Göygöl Gənclər Evi”ndə keçirilən layihənin ilk görüşü “Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti” mövzusunda olub.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu. Göygöl Gənclər Evi SXM-nin direktoru Şəhriyar İsmayılzadə, Göygöl Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov könüllülər və rayon gəncləri iştirak ediblər.

Layihə çərçivəsində Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti haqda geniş məlumat verdi və daha sonra iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdı.