Deputat Könül Nurullayeva vətəndaşların problemlərini dinləyib

Sabahinfo.az xəbər verir ki, 24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.​

Könül Nurullayeva, eyni zamanda Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Cəmşid Naxçıvanski küçəsi 53, 59, 63, 65 və 67 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdığı gündəlik problemlər ilə yerindəcə tanış olub.

Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında məhəllələrin abadlaşdırılması, ətraf ərazilərdə bankomantların sayının artırılması, yaşayış binasının dam örtüyünün təmir olunması, ailə-məişət problemindən əziyyət çəkən vətəndaşa dəstəyin göstərilməsi, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.