Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.
Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında qəyyumluq hüququndan istifadə ilə bağlı vətəndaşın qarşılaşdığı çətinlik, aztəminatlı ailənin üzləşdiyi məişət problemləri, tikinti şirkəti ilə vətəndaş arasında yaranan anlaşılmazlıq, təhsil haqqının ödənilməsi, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.