"Deputatın Xocalıda ermənilərlə görüçü faydalı olacaq" - Zahid Oruc

“Ümid edirik ki, Xocalıda azərbaycanlı deputatla mülki erməni şəxsərin görüşü faydalı olacaq. Biz seperatçılarla mülki şəxsləri ayırmalıyıq”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri deputatı Zahid Oruc parlamentin bugünkü iclasında bildirib.

O qeyd edib ki, ərazilərimizin işğaldan azad olunması ilə İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) fəaliyyət dairəsi genişlənib.