Devid Bekhem ukraynalı uşaqlar üçün bir milyon dollar ianə etdi

Devid Bekhem və həyat yoldaşı ukraynalı uşaqlara kömək etmək üçün 1 milyon dollar ianə edib.

“Analar uşaqları ilə birlikdə qaçmağa məcbur edilir. Ailələr ayrılır. Uşaqlar gecələr yataqlarından çıxarılaraq evlərini tərk edirlər. Ukraynada müharibə artıq ikinci həftədir davam edir. Ailələrin ehtiyacları artır, 7,5 milyon uşaq isə evlərini tərk edib və hazırda risk altındadır”, - keçmiş futbolçu “Instagram”da yazıb.

Qeyd edək ki, cütlük UNICEF ilə birlikdə müharibədən zərər çəkmiş ukraynalı uşaqlara kömək etmək üçün ianə toplayır.