DİN: 674 koronavirus xəstəsinə cinayət işi başlanılıb

2020-ci ildıə ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabahinfo.az -a verilən məlumata görə, 2020-ci ildə karantin rejimini pozamaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Qeyd edilib ki, ictimai yerlərdə hərəkət edən aktiv COVID-19 xəstələri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 674 cinayət işi başlanılıb.