DİN Ramiz Mehdiyevin qohumunun saxlanması ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlanılmasına münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov Trend-in sorğsuna cavab olaraq bildirib ki, o Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək", -deyə E. Zahidov bildirib.