"Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi sistemə ehtiyac var" - Nazir

"Azərbaycanda doktorantura sahəsində birpilləli sistemə keçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir bildirib ki, doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi sistemə ehtiyac var: “Qanunvericiliyə edilən dəyişikliklə bu sahədə ikipilləli sistemdən birpilləri təhsilə keçidi təmin etmək qarşıda duran vəzifələrdən biridir. Çox az sayda ölkə doktorantura səviyyəsi üzrə ikipilləli təhsil sistemi var. Azərbaycanın baloniya prosesinə qoşulmasından sonra ilkin mərhələdə doktoranturanın birpilləli sistemə keçirmək üçün dəyişiklik nəzərdə tutulur”.