“Dövlətimə, dövlətçiliyimə, Prezidentimə xidmət edirəm və bu yolda mənə qarşı təzyiqlərə stimul kimi yanaşıram”- MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirov SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik;

-Elman müəllim post-müharibə dövründə ölkəmizin əldə etdiyi uğurlar barəsində nə deyə bilərsiniz?

-Əvvəla onu qeyd edim ki, post-müharibə dövrünün həllini gözləyən iki çox mühüm məsələ var idi və keçən il 2021 ci ildən həmin məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Bunlar ilk növbədə tarixi qələbənin beynəlxalq müstəvidə qəbul edilməsi ilə bağlı məsələdir. İkinci məsələ də işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı məsələlərdir. Cari ilin birinci rübünün yekunları ilə bağlı cənab Prezident İlham Əliyevin keçirdiyi müşavirədə də bu məsələlər diqqət mərkəzində saxlanıldı. Cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın yeni yaratdığı reallığı qəbul edirlər və ilk növbədə BMT-nin adını qeyd edib dedi ki, dünyanın ən böyük ünversal beynəlxalq təşkilatı olan BMT Azərbaycanın tarixi qələbəsini qəbul edir və iki tərəfli münasibətlərimizin Azərbaycan BMT münasibətlərinin 30 illiyi ilə bağlı tədbirin Şuşa şəhərində keçrilməsinin rəmzi mənası var, bu o deməkdir ki, yeni reallıqları qəbul edir və o reallıqlar ki, o reallıqları Azərbaycan yaradıb və Azəbaycan həm də BMT təhlükəsizlik Şurasının artıq tarixə çevrilmiş münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını təmin edib. Həm də BMT-ni böyük bir yükün altından xilas edib. Bu da olduqca vacib məqamlardan biridir. Cənab Prezident vurğuladı ki, Qoşulmama Hərakatı istər müharibəyə qədərki dövürdə istər müharibə dövründə, istərsə də post-müharibə dövründə Azərbaycanın haqq işini birmənalı şəklində müdafiə edir. Azərbaycan hall-hazırda Qoşulmama Hərakatına sədirlik edir. Yüksək səviyəli sədirliyinə görə də sədirlik fəliyyətinin vaxtı uzadılıb. Bu təşkilat da tarixi reallıqları qəbul edir. Cənab Prezident bundan başqa İslam Əməkdəşlıq təşkilatının adını qeyd etdi ATƏT –in adını qeyd elədi ki, bu təşkilatlar da yeni reallıqları qəbul edirlər. Beynəlxalq müstəvidə Azərbaycanın tarixi qələbəsini qəbul edirlər. Cənab Prezident bu konteksdə ATƏT –in üzərində xüsusi ilə dayandı vurğuladı ki, ATƏT öz misyasını yerinə yetirə bilmədi və bu günləri defakto ATƏT –in Minsk Qrupu yoxdur artıq hüquqi baxımından olsa da onun reallıq fəaliyyətinin səmərəlik səviyyəsi sıfıra bərabərdir. Eyni zamanda qeyd elədi ki, ATƏT özü post-münaqişə dövrünün öz həlllini gözləyən məsələlərdə iştirak edə bilər. İstər bu qeyri hökumət təşkilatları ilə əlaqə baxımından və digər ictimai fikrə təsir edən nüfuzlu şəxslər baxımından da bu müəyyən vasitəçilik misyasını həyata keçirə bilər. Prinsip etibarı ilə bu qurum da Azərbaycanın reallıqlarını qəbul edir və eyni zamanda Cənab Prezident Avropa İttifaqı üzərində də xüsusi dayandı. Qeyd elədi ki, bu təşkilat çərçivəsində post-müharibə dövründə məsələlərlə bağlı, Brüssel sülh plotforması, Brüssel sülh gündəliyi formalaşdı və həm kecən ilin dekabrın 14-də həm də bu ilin aprel ayının 16-da Avropa İttifaqı təşkilatının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşü təşkil edildi və bu görüşlərdə də çox mühüm qərarlar qəbul edildi. Bu da onu göstərir ki, Avropa ittifaqı post-müharibə dövründə həllini gözləyən məsələlərdə öz vasitəçilik missiyasını ortaya qoyub və eyni zamanda yeni tarixi reallıqları qəbul edir. Qonşu dövlətllər də bu reallığı qəbul edir və bu istiqamətdə ciddi işlər görülüb və hesab edirəm ki, bu sözün əsl mənasında Azərbaycanın tarixi nəaliyyətidir və işğaldan azad olunmuş ərazilərimizin bəpası istiqamətində çox böyük işlər görülür və Füzuli hava limanı cəmi 8 ay ərzində istifadəyə verildi. Bu tarixi nəaliyyət idi. Zəfər yolu istifadəyə verilib. İndi Füzulidən Şuşaya 4 zolaqlı yol çəkilir, eyni zamanda Horadiz-Ağbənd dəmir yol çəkilişinin xeyli hissəsi artıq yekunlaşıb və bundan başqa Bərdə Ağdam yolunun çəkilişi, müxtəlif istiqamətlərdə işlər getməkdədir və bütün bunlar onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu hədəfə çatmaq əzmindədir. Bu istiqamətdə çox ciddi addımlar atılmaqdadır.

-Beynəlxalq əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçrilən siyasət Azərbaycana nə kimi dividentlər gətirir ?

-Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdı və biz qalib dövlətik və bu reallığı dünya qəbul edir. Bu Azərbaycanın həm iki tərəfli formatda, həm çox tərəfli formatda əlaqələri kifayət qədər inkişaf edir. Bizim beynəlxalq əlaqələrimiz bayaq dediyim kimi inkişaf tempinə malikdir. Eyni zamanda Azərbaycan Prezidentinin şəxsi nüfuzu buna dəlalət edir. Azərbaycan bu günləri dünyanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunu Avropa İttifaqı ölkələri yüksək qiymətləndirir. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhvə verən dövlətdir. Eyni zamanda Azərbaycan Prezidentinin şəxsi nüfuzu və bu konteksdə cənab İlham Əliyevin bu gün dünya liderləri tez- tez telefon zəngi açır, məktub göndərir. İstər bu Amerika Birləşmiş Ştatlarının prezidenti olsun, istər də dovlət katibi olsun, istərdə Avropa ittifaqı səviyyəsində və digər dövlətlərinin rəhbərliyi seviyəsində olsun. Bu da Azərbaycanın artan nüfuzundan xəbər verir və xüsusi ilə də enerji təhlükəsizlik məsələləri ilə də bağlı xüsusi toxunmaq istərdim ki, bu sahədə bizim töhfələrimiz olduqca böyükdür. Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi yaxınlaşır və nəzərə alsaq ki, kecən illəri Azərbaycan Avropa ittifaqı ölkələrinə 8.2 milyard kub metr, bu illəri 9.1 milyard kub metr, gələn il isə 11 milyard kub metr qaz nəql etmək niyyətindədir, bu da onu göstərir ki, həqiqətən də bu gün Azərbaycanın Avropa enerji təhlükəsizliyinə böyük töhfəsi var. Bunu dünya qəbul edir və yüksək qiymətləndirir və bu bir daha göstərir ki, Azərbaycan beynəlxalq aləmdə olduqca əhəmiyyətli bir dövlətə çevrilmişdir.

-Azad edilmiş torpaqların 100% daxili imkanlar hesabına bərpa olunması bu məqsədlə heç bir xarici ölkədən bir manat da vəsaitin istənilməməsi baresində fikirləriniz oxucularımız üçün maraqlıdır...

-Məlum olduğu kimi Cənab Prezident cari ilin birinci rübünün yekunları ilə bağlı keçrilən müşavirədə bu məsələlərə diqqət cəlb etdi və qeyd elədi ki, Qarabağın bərpası kimi tarixi əhəmiyyətli işi bu günləri biz həyata keçirdirik və bu proses həm də çox böyük maliyə yatrımları tələb edən məsələdir. Keçən illəri 2021 –ci il də Azərbaycan dövlət büdcəsi bu məsələ üçün 2,2 milyard manat vəsait ayrılıb bu ildə eyni miqdarda vəsait ayrılıb yəni 2,2 milyard manat vəsait ayrılıb, bununla yanaşı qeyd elədi ki, biz onun fərqindəyik ki, bu ağır bərpa islərdə heç bir beynəlxalq donor təşkilatı, beynəlxalq qeyri hökumət təşkilatı ,bu siferada tanınmış qurumlar qoşulmurlar. Onlar kənar müşahidəçi statusunda sanki bu prosesləri izləyirlər heç birisi deyə bilməz ki ,1 manat bu prosesdə töhfə veriblər hal bu ki, Cənab Prezident bu məsələyə diqqəti cəlb etdi ki, oxşar situatsalarda biz dəfələrlə görmüşük ki, beynəlxalq donor təşkilatları necə fəal dəstək verir. Bu konteksdə ikinci dünya mühharibəsindən sonra Amerika Birləşmiş Ştatları Avropanın dağılmış ölkələrində Maşa planı çərçivəsində göstərdiyi yardıma diqqəti cəlb elədi və həmin yardım olmasaydı Avopa ölkələri bəlkə 50 il sonra bərpa oluna bilərdi. Eyni zamanda ayrı-ayrı ölkələrdə analoji dağıntılar baş verərkən də beynəlxalq birliyin maliyə yardımı göstərdiyi bəllidir və prezidentimiz qeyd elədi ki, hökumət qurumlarımız Prezident Administrasiyası bu istiqamətdə fəliyyətini daha da intensiv etməlidir. Bu bizim üçün aydın olsun ki ,özünü demokratiyanın carçısı kimi, insan hüquqlarının mudafiəsi kimi təqdim edən təşkilatlar Azərbaycana yardım doğurdandanmı etmək niyyətləri yoxdur? -Bu məsələlərə bir aydınlıq gəlsin. Halbu ki, biz dəfələrlə şahidi olmuşuq ki ,analoji vəziyyətlərdə həmin ölkələr özlərini necə aparır. Cənab Prezident bu günləri qeyd elədi ki, Ağdamı bu gün Qafqazın Xarasiması adlandırırlar. Hər şey yer üzərindən silinib, məhv edilib. Belə olan vəziyyətdə beynəlxalq qurumları, beynəlxalq maliyyə donor təşkilatları susqun davranışı təəssüf və təəssüf doğurur. Xüsusi ilə də bu Ermənistan Azərbaycana qarşı mina müharibəsi aparır. Bunun nəticəsində 200 nəfərdən çox bizim soydaşımız dünyasını dəyişib və yaralanıb. Həmin o mina təmizlənməsi prosesinə töhvələr verə bilərlər, beynəlxalq donor təşkilatları amma təəssüf ki, bu təşkilatlar hələ də müammalı şəkildə susurlar.

-Siz dövlətə və dövlətçiliyə bağlı insansınız. Ancaq nədənsə sizi istəməyən qüvvələr var . Zaman – zaman hədəf olursunuz.

-Bu bilirsiz nə ilə bağlıdır ? –Siz bir anlıq təsəvvür edin ki, mən dövlətimi dövlətçiliyimi, Prezidentimizi onun daxili və xarici siyasətin müdafiə etmirəm. Sakitcə yerimdə oturmuşam, susqun vəziyyətdə belə olan vəziyyətdə kimin mənlə nə işi var?- Sadəcə olaraq bu gün dövlətimizə, dövlətçiliyimizə qənim kəsilən Azərbaycanın inkişafını gözü götürməyən, Azərbaycan Prezindentinin tarixi uğurlarından qanı qaralan, yuxularına haram qatılan müəyyən siyasi qruplaşmalar, radikal müxalif dairələr görürlər ki, mən bu sahədə fəalam, mövqeyim var idoloj sahədə çalışıram, dövlətimi, dövlətçiliyimi müdafiə edirəm, Prezidentimizin həyata keçirdiyi siyasi tarixi uğurlarını şərh edirəm, təhlil edirəm, geniş ictimaiətə çatdırıram və buna görə də məni susdurmaq istəyirlər. Müəyyən şaiyələr yayırlar, böhtan atmaq istəyirlər. Ünvanıma təhqiramiz fikirlər yayırlar və bunlar hamısı gözümüzün qarşısında baş verir. Mən bunların motivlərinin hamısını başa düşürəm və yeri gəlmişkən sizin saytınızın imkanlarından istifadə edib, həmin o dövlətçiliyimizin bədhaqlarına üzümü tutub söyləyirəm ki, bu yollarla mənim qarşım ala bilməyəcəksiniz. Amma mən əksinə stimul alıram ki, mənim işim haqq işidir mən dövlətimi müdafiə edirəm və buna görə də təziq altındayam. Mən düzgün yoldayam daha da stimul alıram ki, deməli mən daha da fəal olmalıyam, daha da mübariz olmalıyam. Prezidentimizin siyasətini daha geniş, daha parlaq şəkildə şərh və təhlil etməliyəm, geniş ictimayyətə çatdırmalıyam.

-Deputatlıq fəaliyyəti sizə yorucu gəlmir ki ?

-Bilirsiz biz xalqımızın etimadı nəticəsində deputat seçilirik və bizim 5 il ərzində konkret qarşımızda vəzifələr var, öhdəliklər var və cənab Prezidentin sözləridir ki, bizə 2020 ci ilin mart ayında Parlamentin iclasında vurğuladı ki, xalqın içərisində olun, onların qayğıları ilə yaşayın, problemlərini öyrənin və həmin məsələləri yerli mərkəzi icra hakimiyyətlərinin qarşısında qaldırın. O vaxta qədər ki, onun həllinə nail olun. Bu bizim qarşımızda ciddi vəzifədir, həm də şərəfli bir vəzifədir. Mən də o istiqamətdə çalışıram müəyyən nəaliyyətlərimiz var. Bəzilərini sizə söyləyim, bizim Azərişıqla təmaslarımız və uğurlu münasibətlərimiz sayəsində artıq Cəlilabadda xeyli sayda kəndlərin kabelləşməsi prosesi getməkdədir və proses getdikcə daha geniş vüsət alır. İranla sərhəd kəndlərin çox ciddi yol problemi var idi, bu məsələləri mən muvafiq dövlət qurumları qarşısında qaldırmışam dəfələrlə göz qabağındadır. Həmin kəndlərdə yollar çəkilib eyni zamanda bir neçə məktəbin yenidən qurulması və əsaslı təmiri ilə bağlı məsələlər qaldırmışıq, müsbət həllini tapıb. Bundan başqa bir neçə kəndin daxili imkanlar hesabına qazlaşmasına nail ola bilmişik. Azəriqazla görüşlərimiz nəticəsində yəni nəaliyyətlərimiz, ugurlarımız var və bu uğurlar bizə ruh verir. Elə etmək lazımdır ki, seçicimiz daha çox razı, daha çox məmun qalsın. Bu bizim vəzifəmizdir və bunun həyata keçirilməsi istiqamətində var gücümüzlə çalışmalıyıq. Çünki bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Xalqa ,millətə ,dövlətə xidmət etmək siyasətini fədakarcasına xidmət etmək siyasətini bu gun də Cənab Prezident bu siyasəti uğurla davam etirir və bu özü də bir nümunədir və bu cənab Prezidentin sözləridir ki, biz hamımız xalqın xidmətçisiyik və mən özüm də xalqın bir nömrəli xidmətçisiyəm. Belə olan vəziyyətdə biz hamımız xalqın xidmətçisiyik və nəaliyyətlərimiz göz qarşısındadır. 

-Müsahibəyə görə təşəkkür edirəm, fəaliyyətinizdə uğurlar arzu edirəm.

-Sağ olun.

Leyla Allahverdiyeva

SABAHİNFO.AZ saytının xüsusi müxbiri