Dünyanın ən məzmunlu Konstitusiyası

12 noyabr müstəqil Azərbaycan tarixində mühüm yer tutur. 27 il öncə - 12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Artıq müstəqil Konstitusiyamızın qəbulundan, bu tarixi hadisədən 27 il ötür.

Bəs bu sənədi niyə vacib idi?

Öncə bildirək ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən əsas məqamlardan biri Ana Yasa-Konstitusiyanın olmasıdır. Konstitusiya olmadan müstəqillikdən,  hüququn aliliyindən danışmaq olmaz. 

Keçmiş sovetlər dövründə Konstitusiyamız olsa da, o, formal xarakter daşıyırdı. Müstəqilliyimizin ilk dövrlərində də Ana Yasa funksiyasını 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmuş tarixi Müstəqillik haqqında Konstitusiya Aktı yerinə yetirirdi.

Amma o da tam kifayət deyildi. Cəmiyyətdə haqq-ədalətin qorunması, qanunvericilik bazasının olması olduqca vacibdir. Bütün insan və hüquq azadlıqlarını özündə ehtiva edən Konstitusiyaya ehtiyac duyulurdu.

Bu səbəbdən də ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və fəaliyyətə başladı.

1995-ci ilin iyununda Heydər Əliyevin sədrliyi ilə ilk geniş iclasını keçirən Konstitusiya komissiyası fəaliyyəti dövründə də çox gərgin və məhsuldar işlədi.

Ulu öndər “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”– deyərək, bir daha Konstitusiyanın müstəqil dövlət və onun inkişafı üçün nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkdi.

Geniş müzakirələrdən sonra - 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edildi, yəni, həmin gün müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Qeyd edək ki, dünyanın ən mükəmməl və ən demokratik konstitusiyalarından olan müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.

İlk tarixi Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələ başlandı, bütün sahələrdə, hüquqi-siyasi islahatlara strat verildi.

Ana Yasa Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğunin yaranmasının əsas kitabı hesab olunur. Dövlətin maraqlarının, milli mənafeyin qorunub saxlanılması, demokratiya, insan haqları, təhsil, səhiyyə hüququ və digər hüquqlar komstirusiyamızda öz əksini tapıb.

1996-cı ildə də 12 noyabr Heydər Əliyevin Sərəncamı ilə Konstitusiya Günü kimi rəsmi bayramlarımız sırasına daxil edildi və 27 ildir ki, bu günü Konstitusiya Günü kimi qeyd edirik.

Odur ki, bu tarixi addımla bağlı ulu öndərimizi bir daha minnətdarlıq hissi və şükranlıqla anır, xalqımızı, dövlətimizi 12 noyabr Konstitusiya günü ilə əlaqədar təbrik edir, inkişaf, tərəqqi, çiçəklənmə yolunda növbəti uğurlar, zəfərlər arzulayıram.

Günün mübarək olsun, Azərbaycanım!

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı