Dünyaya örnək siyasət

Azərbaycanın var olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin yorulmaz fəaliyyəti, qətiyyətli addımları ölkəmizin inkişafı ilə yanaşı öz dili ilə desək dünyaya günəş kimi doğmasına zəmin yaradıb. Hələ SSRİ dövründə Azərbaycanda bir sıra  layihələrin reallaşdırılmasına imza atan, repressiyaya məruz qalan yaradıcı insanlarının nəşilərinin ölkəmizə gətirməsinə nail olan, xalqımızın başına gətirilən müsibətlərə ilk və qorxmaz reaksiya verən Heydər Əliyev 92-ci ildə hakimiyyətdə yaranan xaos və anarxiyanın qarşısının alınmasında, Azərbaycanın bir dövlət kimi xəritədən silinməməsində misilsiz rol oynadı. Büdcədə vəsaitin olmaması, düşmənin torpaqlarımızı işğal etməsi, daxildə olan siyasi hərc-mərclik, sosial çətinliklər zaman keçdikcə arxada qaldı. Beynəlxalq layihələri reallaşdıran Azərbaycan illər keçdikcə enerji daşıyıcıları sahəsində öz daxili ehtiyaclarını ödəməklə yanaşı xaricə enerji daşıyıcıları ixrac edən ölkə olmaqla yanaşı etibarlı tərəfdaş kimi dünyaya səs saldı. Bakı-Tiblisi-Ceyhan və digər beynəlxalq əhəmiyyətli layihələr bugünkü uğurumuzun təməl daşıdır.

İndiki zamandan keçmişə boylananda Ulu Öndər tərəfindən həyata keçirilən hər bir işin necə böyük zəhmətlər hesabına başa gəldiyini görmək olur. Bir tərəfdən Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr, digər tərəfdən daxildə olan hərc-mərcilik sürətli inkişafa ən böyük maneə idi. Təbii ki, bütün bunların qarşısını almaq üçün siyasi iradə lazim idi. Bu siyasi iradə isə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində öz əksini tapırdı. İlk öncə qanunverici bazanın formalaşdırılması, daha sonra düşmənlə atəşkəsin əldə olunması və iqtisadi sahədə nəaliyyətlər Azərbaycanın inkişafına, qüdrətli Azərbaycanın meydana gəlməsinə zəmin yaratdı.

Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti dünya ölkələri üçün nümunədir. Azərbaycanın sülh və təhlükəsizlik prizmasından çıxış etməsi dünyanın yeni cağırışlarında ən mühüm amildir. Məhz buna görə, Bakı dialoqlar şəhərinə çevrilib. Bir sıra beynəlxalq tədbirlərin Bakıda keçirilməsi, regional və qlobal məsələlərin Bakıda müzakirəsi və bu yöndə qəbul olunan qərarlar nəinki regionun eyni zamanda dünya ölkələrinin gələcəyini müəyyən edər.

Artıq Azərbaycan dünyada söz sahibinə çevrilib. Azərbaycanın irəli sürdüyü təklif və şərtlər qəbul olunur. Əldə etdiyimiz qabaqcıl təcrübələr dünya ölkələri tərəfindən öyrənilir.

Bütün bunlarla yanaşı Azərbaycan hökuməti hümanitar fəaliyyəti ilə seçilir. Təsadüfi deyil ki, bu gün Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu regionda ən hümanitar Fond kimi fəaliyyət göstərir. Ölkəmizdə və ölkəmizdən kənarda istifadəyə verilən təhsil ocaqları, səhiyyə ocaqlarının tikilişi, münaqişə zonalarına göndərilən hümanitar yardımlar Azərbaycanın nüfuzunun daha da artmasına gətirib çıxarıb. Qüdrətli sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasəti yaşayır və bundan sonra da daim yaşayacaq!

 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı