Dünyəvi, bəşəri qürur

Azərbaycan cəmiyyəti də, Azərbaycana ehtiramı olan dövlətlər də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəni maraqla, Azərbaycana sevgilərlə izlədi. Bu maraq Azərbaycanın xarici siyasətinin, iqtisadi inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirə kimi tarixləşdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə geniş, əhatəli çıxışında beynəlxalq təşkilatların – BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətsizliyini qeyd edərək bildirdi ki, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil. Bu qrupun fəaliyyətinə ehtiyac da yoxdur. Beynəlxalq təşkilatların həll edə bilmədiyi problemi Azərbaycan Ordusu həll etdi – torpaqlarımız işğaldan azad edildi.

Azərbaycanın Vətən müharibəsindən sonrakı xarici siyasəti ərazi bütövlüyünün qorunmasın əhatələyir. Bu ilin aprelində Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı Cənab İlham Əliyev dedi: “Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır”. Ölkə başçımız bu müsbət yanaşmanın mahiyyəti haqqında dedi: “Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”.

Hər bir azərbaycanlı bu fikirə görə azərbaycançılığın, Azərbaycanın xarici siyasətinin təntənəsi kimi qürurlandı. Bu qürur dünyəvi qürurdur, bəşəri qürurdur.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı