DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı ÇAĞIRIŞ

"Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir".

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda bildirilib.