DYP əməkdaşlarının səlahiyyətləri artırılmalıdır 

Heç bir YPX inspektoru vətəndaşa qanunsuz cərimə yazmır. Nadir hallarda məhkəmələrin ləğv etdiyi cərimələr də, Polisin "qanunsuz yazdığı cərimələr" demək deyil, sadəcə Polisin cəriməni haqlı yazdığını sübut etmək üçün yetərli dəlilləri olmadığı üçün məhkəmə cəriməni ləğv edir, vətəndaşı haqlı hesab edir. Bu, hüquqi dövlət olduğumuz üçün belədir, həmdə vətəndaşın vicdanına qalan məsələdir, vicdanlı vətəndaş haqlı yazılan cərimə ilə razılaşmalıdır, məhkəmələrə getməməlidir buna görə vaxt itirməyə dəyməz. Bu eyni zamanda demokratik dövlət olduğumuza da əyani sübutlardan biridir, Polis, yaxud Məhkəmə vətəndaşa demir ki, "boşluqdan sui-istifadə etmə, cərimə haqlı yazılıb, nə olsun ki, müddət keçəndən sonra sübutu mümkünsüzdür" diktə ilə cərimə qüvvədə saxlanılmır. YPX inspektoru nəqliyyat vasitəsini duracağa aparanda da yalnız qanuni tələbləri əsas götürür. Əgər qanun pozuntusu varsa, bu qanun pozuntusunu yerində aradan qaldırmaq mümkün deyilsə, bu qanun pozuntusuna görə qanunda nəqliyyat vasitəsini duracağa aparmaq nəzərdə tutulubsa, yalnız o halda inspektor nəqliyyat vasitəsini duracağa aparır, əks halda aparmasa inspektorun özü qayda pozmuş olar, çünkü nəqliyyat vasitəsində məsələn elə bir nasazlıq/nasazlıqlar ola bilər ki, YPX inspektoru sürücüyə hərəkətini davam etməyə icazə verərsə, həmin sürücünün qəza törətmə, insanların ölümünə səbəb olma etimalı çox yüksək ola bilər.

Duracaqda da vətəndaşa məxsus nəqliyyat vasitəsi kameralar önündə fasiləsiz nəzarət altında olur, hər hansı kənar müdaxilə ola bilməz, duracağa aparılana qədər də sürücü özü də öz avtomaşınında gedə bilir. Misal üçün əgər nəqliyyat vasitəsində hər hansısa konstruksiya dəyişikliyi etmisinizsə, etmədiyinizi iddia edib bunu sonradan inspektorun üzərinə yıxa bilməzsiniz, inspektor öz işini sağlam tutur, burada səhvini etiraf etməyə görə vicdanlı sürücü, vicdansız sürücü olaraq iki hissəyə ayrılırlar sürücülər. Hərkəs bunu birmənalı şəkildə bilsin ki, artıqlamasıyla tam şəffaf, mübahisəsiz sübuta yetəcək qayda pozuntuları hər gün ölkə ərazisində baş verir, heç bir inspektora nə belə tapşırıq verilib, nədə ki, onların özlərinin ehtiyacları yoxdur kimisə şərləməyə, mübahisə yaratmağa. Hər gün həm canlı yollarda, həmdə sosial şəbəkələr üzərindən YPX inspektorlarının sürücülərlə çox hörmətlə davrandığının şahidi oluruq.

Tövsiyyə olaraq sürücülərə onu demək olar ki, YPX inspektoru onları saxladıqda kobudluq etməsinlər, inspektor əsla kobud davranmayacaq. YPX inspektoru ilə ünsiyyətdə olarkən mədəni olmaq hər bir yol hərəkəti iştirakçılarının vəzifə borcudur. Hesab edirəm ki, YPX inspektorlarına sürücüləri yoxlamaq məqsədi ilə yalnız stasionar postlarda deyil, hər yerdə saxlamaq üçün səlahiyyət verilməlidir. Çox zaman sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən, spirtli içkilərdən istifadə edir, amma sükan arxasında idarəetmə zamanı bunu heç bir şübhəli hərəkətiylə büruzə vermir.

Mircalal Mehdiyev

18 Avqust 2022-ci il.