"Elə gün olur ki, 7 qadın öldürülür, burada "Tik-Tok"un rolu var" - Siyavuş Novruzov

"Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi gəlir. Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltalıdı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, burada "Tik-Tok"un, Azərbaycanda çəkilən serialların da rolu var və bu məsələ ciddi şəkildə araşdırılmalıdır.