Elnur Hüseynovun "Eurovision 2015"-ə göndərilməsinə rəsmi aydınlıq gətirildi

İctimai Televiziyanın "O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun "Eurovision 2015” mahnı müsabiqəsinə göndərilməsi barədə yayılmış xəbərə münasibət bildirdiyi həqiqətəuyğun deyil. Bu barədə İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, onlar bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməyiblər: "Eurovision 2015”-də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək".