Emin Hacıyev “Sumqayıt karyera sərgisi”ndə 

Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Gənclər evinin və Palıd Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “Sumqayıt karyera sərgisi”ndə iştirak etdim.

Sərgidə 30-a yaxın şirkət və müəssisələrin fəaliyyəti haqqında məlumat topladım, təklif olunan vakansiyalar və təcrübə proqramları ilə tanış oldum, seçicilərimizi vakant işyerlərinə istiqamətləndirməyi müzakirə etdim. Şirkətlərin vakant iş yerlərini təklif etməsi ilə keçirilən karyera sərgisinin əhəmiyyətini, faydalılığını xüsusilə qeyd etmək istəyirəm.

Sonda Sumqayıt Gənclər evinin və Palıd Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən I Sumqayıt Karyera sərgisində iştirak edən bütün şirkət və müəssisələrin məsul nümayəndələrinin diplomla təltif edilməsində iştirak etdim, fəaliyyətlərində uğurlar arzuladım.

Emin Hacıyev 
Milli Məclisin deputatı