Ən bahalı piyada keçidində deşik açıldı

Bakının ən bahalı piyada keçidində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntüləri sosial şəbəkələrdə jurnalist Elşad Paşasoy paylaşıb. O bildirib ki, keçidin düz ortasında dəlik açılıb və üzərinə taxta qoyulsa da, dəliyin üstü açıq qalıb. Nəticədə azca diqqətsizlik edən piyadanın ayağı dəliyə düşə bilər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin keçidi bir neçə ildir istifadəyə verib. Keçidin tikintisinə yüz minlərlə manat pul xərclənib. Ancaq bəzən lift işləmədiyi üçün, bəzən də piyadalar səhkənkar davranaraq keçiddən istifadə etmirlər.