Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 gün öncə Ərzincandakı qızıl mədənində baş verən faciəyə görə 5 vəzifəlini işdən çıxarıb.
Sabahinfo.az xəbər verir ki, Türkiyə liderinin bu barədə qərarları "Rəsmi Qəzet"də dərc edilib.
Qeyd olunub ki, Energetika və Təbii Sərvətlər Nazirliyindən Türkiyə Kömür Müəssisələri ASC-nin müdir müavini, Baş direktorun faydalı qazıntıların tədqiqi və kəşfiyyatı üzrə müavini və mədənçıxarma və neft işləri üzrə baş direktorun üç müavini vəzifələrindən azad edilib.