Ərdoğan prezident seçkiləri barədə: “Bu millət mayın 14-də lazım olanı edəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn prezident seçkiləri ilə bağlı danışıb.

Ərdoğan Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısı zamanı seçkilərin təxirə salınıb-salınmayacağı ilə bağlı məlumat verib.

“Onu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək”, - deyə o çıxışında qeyd edib.