"Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

“Qardaş Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Bu qələbə bütün Azərbaycan xalqını sevindirib”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlu nəticələrinə şahidlik edəcəyik.